Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

 

 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyev vəfat edib.

Yenixeber.org: Məlumata görə, o, bu gün dünyasını dəyişib.

F.Nəbiyev bir müddət xəstəlikdən əziyyət çəkib. O, müalicə məqsədilə Türkiyəyə aparılıb və həmin ölkədə vəfat edib. 

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olub. O, 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Elə həmin ilin avqust ayından Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.

F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam