Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Zahid Oruc: -"Britaniya parlamenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək"

Ermənistan-Azərbaycan sərhədində son hərbi əməliyyatlar Britaniya parlamentində müzakirəyə çıxarılcaq.

Yenixeber.org: Bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aiddiyəti qurumlarına məktublar ünvanlayıb.

50-dən çox ölkəyə göndərilən məktubda Ermənistanın Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri, hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik qarantiyası altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. haqda məlumat əksini tapıb.

Z. Oruc bildirib ki, Böyük Britaniya (Birləşmiş Krallıq) Parlamentinin İcmalar Palatasının İnsan Hüquqları üzrə Birgə Komitənin sədri Harriet Harmanın adından müraciətə cavab verilib.

Cavabda Harriet Harman Z. Oruca “Ermənistanın hərbi təxribatı” ilə əlaqədar ətraflı məlumat üçün təşəkkür edib.

“Xanım Harman olduqca dəyərli tövsiyələr verməklə, İngiltərə parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı Parlament  Qrupunun, parlamentin üzvü Bob Blackmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci il tarixində  “Ermənistanın Azərbaycana qarşı hərbi  təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb”, – deyə Z. Oruc bildirib

Z. Oruc Böyük Britaniya Parlamentinin Birgə İnsan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirdiyini qeyd edib, Parlamentin qarşıda gözlənilən müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam