Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

"Amrah Sığorta":"Amrah Bank"ın bağlanmasının bizə mənfi təsiri azdır

Amrah Sığorta: Amrah Bankın bağlanmasının bizə mənfi təsiri azdır

"Azərbaycan Mərkəzi Bankının "Amrah Bank" ASC-nin lisenziyasını ləğv etməsinin "Amrah Sığorta"ya mənfi təsiri azdır və şirkətin bazarı tərk etməsi gözlənilmir".

Yenixeber.org: Bunu açıqlamasında "Amrah Sığorta"nın İdarə Heyətinin sədri Emil Ağasıyev deyib.

O, bu barədə, bir qədər əvvəl lisenziyası ləğv edilmiş "NBC Bank" ASC-yə yaxın sığorta şirkəti - "Rəvan Sığorta" ASC-nin bazarı tərk etməsi ssenarisinin rəhbərlik etdiyi maliyyə qurumunda təkrarlanması ehtimalına münasibət bildirərkən danışıb.

"Bizim topladığımız sığorta haqlarında bank kreditlərinin payı elə də yüksək olmayıb. Portfelimizi kifayət qədər şaxələndirmişik və xüsusilə avtomobil sığortası sahəsində uğurla fəaliyyət göstəririk, müştərilərimizə normal xidmət edirik, odur ki, maliyyə vəziyyətimiz yaxşıdır və bazarı tərk etməyəcəyik", - deyə sədr qeyd edib.

Xatırladaq ki, "Amrah Sığorta" və "Amrah Bank"ın səhmdarları eyni şəxslərdir. Belə ki, sığorta şirkətinin səhmlərinin müvafiq olaraq 85%-nə və 15%-nə nəzarət edən Yunis və Əmrah İldırımzadələr Bankda 53,2% və 0,3% paya malik olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam