Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Hərbi Prokurorluqda -struktur dəyişikliyi və yeni təyinatlar

Hərbi Prokurorluqda struktur dəyişikliyi və yeni təyinatlar
Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinin icrası ilə bağlı məhkəmə-hüquq sistemində, o cümlədən Baş Prokurorluqda aparılan islahatlar Hərbi prokurorluğu da əhatə edib.
Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması, habelə Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu təsdiq edilib və buna uyğun təyinatlar həyata keçirilib.

Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılıb, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib, bəzi idarələr və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilib, Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Mehdi Hüseynzadə İstintaqa nəzarət, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi, Rövşən Əfəndiyev Təşkilat və icraya nəzarət, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Nahid Şıxəliyev Sənədlərlə və müraciətlərlə işin təşkili, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə, Şöhrət Qəhrəmanova Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilib, Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində islahatlar davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam