Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Lotu Quli"nin tərəfdarları Ukraynada belə saxlanıldı -VİDEO


Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Yenixeber.org: Dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxalq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", - məlumatda bildirilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam