Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya və Azərbaycan enerji sahəsində-memorandum imzalayacaq

Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq

Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq

 

Yenixeber.org: Bu il aprelin 1-i tarixinə olan məlumata görə, Rusiya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyalarının həcmi 4 mlrd ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Respublikasının Energetika nazir Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Nazir yanacaq-enerji kompleksi sahəsində iri layihələrdə Azərbaycanda Rusiyanın “LukOil” şirkətinin iştirak etdiyini, “Rosneft” və “Qazprom” şirkətləri ilə əməkdaşlıq planlarının olduğunu qeyd edib.

Azərbaycan Energetika naziri bildirib ki, Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, yanvar-may ayları ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə Rusiya neftinin tranzitinin həcmi 990 min ton təşkil edib.

Nazir hər iki ölkənin energetika nazirliklərinin energetika sahəsində memorandumun imzalanması üçün hazırlıq gördüklərini vurğulayıb: “Əminəm ki, bu sənədin imzalanması bu sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam