Redaktor seçimi
Cəlilabad Məhkəməsindən analoqsuz şikayət-
Baba Rzayevin “Azərişıq”dakı “silinməz izləri”-
Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub?-
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nə baş verir? –
DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -
Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-
Gömrük generalı İsmayıl Hüseynov casusların himayəçisidir? – 
Günün xəbəri

Pandemiyanın vurduğu zərər:Turizmi necə bərpa etmək olar?

Pandemiyanın vurduğu zərər:  Turizmi necə bərpa etmək olar?
Pandemiya şəraitində iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrdən biri də turizmdir. Azərbaycana səfər edən xarici vətəndaşların cari ilin may ayı üzrə statistik göstəriciləri 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 90 faiz azalıb.
Yenixeber.org: Bu barədə Dövlət Turizm Agentliyindən məluat verilib.

Bildirilib ki, ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb.

“Dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq. Turizmin bərpası dörd mərhələdən - hazırlıq, daxili turizimin bərpası, bir sıra ölkələrlə sərhədlərin açılması və bütün dünya ilə sərhədlərin açılması mərhələlərindən keçəcək.

Həmçinin turizmin pərpası üçün ölkələri ziyarət edəcək insanların psixoloji durumu əsas götürülməlidir. Burada əsas kriteriya o olmalıdır ki, insanların sağlamlığının qorunması əsas şərt kimi qəbul edilsin. Yəni insanlar yeni şərtlərə adaptasiya olunmalıdırlar. Ölkəmizdə turizm sahəsinin inkişafı cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatələnib. Bu sahə neft və qaz sənayesindən sonra ölkə iqtisadiyyatına gəlir gətirən ikinci sahədir. Turizm həm biznesdir, həm də ölkənin tanıtımıdır. Hazırda turizmə dəstək olacaq təkliflər ondan ibarətdir ki, bundan əvvəlki kimi bu sahəyə dəstək davamlı olsun”.

Agentlikdən qeyd edilib ki, bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da yardım göstərilib.

“Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir.

Cənab prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq vurğulayıb ki, turizm sahəsi ən çox ziyana uğramış sahələrdən biridir. Dövlətimizin başçısı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı da turzim sahəsinə davamlı yardımın edilməsinin vacibliyini qeyd edib.

Dövlət Turizm Agentliyi olaraq bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət etmişik. Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}