Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Emin Ağalarov koronavurusa yoluxubmuş -Özü danışdı

 

 “Crocus City Hall” və “Vegas City Hall”-ın konsert salonlarına rəhbərlik edən 40 yaşlı azərbaycanlı müğənni Emin Ağalarov sensasion açıqlama verib.

Yenixeber.org: “Moskovskiy Komsomolets” xəbər verir ki, Azərbaycanın xalq artisti koronavirusa yoluxduğunu, amma bunu mediadan gizlətməyə məcbur olduğunu etiraf edib.

Milyarder iş adamı Araz Ağalarovun oğlu olan E.Ağalarov opera müğənnisi Yusif Eyvazovun “İnstaqram” da etdiyi canlı yayımda qonaq olub. O, verdiyi müsahibədə xəstəliyə yoluxduğunu, amma adının ətrafında çoxsaylı şayiələri artırmamaq üçün bu xəbəri gizlətdiyini deyib.

E.Ağalarovun sözlərinə görə, xəstəlik səbəbindən kifayət qədər ciddi imtahandan keçib. Həyatında heç vaxt tək qalmadığını deyən müğənni xəstəlik səbəbindən iki həftə özünü izolyasiya etmək məcburiyyətində qalıb.

"40 il ərzində ilk dəfə özümlə tanış oldum" deyə, musiqiçi izolyasiyada keçirdiyi vaxta işarə edərək zarafatından da qalmayıb.

Ağalarov xəstəlik zamanı qanında əmələ gələn antikorların onu bundan sonra koronavirus infeksiyasından qorumağa imkan verəcəyinə inandığını da bildirib. O, xəstəlik səbəbindən uşaqları ilə məsafəli görüşdüyünü, onlar üçün darıxdığını söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam