Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Xaçmazda 3 ailə koronavirusa yoluxub, 90 nəfər nəzarətə götürülüb

Xaçmazda 3 ailə koronavirusa yoluxub, 90 nəfər nəzarətə götürülüb
Xaçmazın Köhnə Xaçmaz kəndində 3 ailədən 10 nəfər koronavirusa yoluxub. Onlardan götürülən analizlərin cavabları müsbət çıxdıqdan sonra həmin ailələr Mərkəzi Rayon Xəstəxanası, yerli epidemiologiya mərkəzi, bələdiyyə və icra nümayəndəliyi tərəfindən nəzarətə götürülüb. Xəstələr Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yenixeber.org: Bunu açıqlamasında Xaçmazın Müşkür inzibati ərazi dairəsi üzrə nümayəndəsi Polad Bədələov bildirib. Onun sözlərinə görə, xəstələrin əlaqədə olduğu şəxslər də müəyyən edilib, onlardan analizlər götürülüb.

“Xəstəlik aşkarlanan Köhnə Xaçmaz kəndinin Xaspoladoba istiqamətində 4 küçəsi tam nəzarətdədir. Nümayəndəliyin əməkdaşları, könüllülər, həmiçinin Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları, yerli epidemiologiya mərkəzinin işçiləri ərazini 24 saat nəzarətdə saxlayırlar. Vətəndaşlarla sosial məsafə gözlənilməklə görüşlər keçirilir, tibbi qaydalara riayət olunur. Vətəndaşlardan yoluxma aşkar edilən ailələrlə əlaqəni minimuma endirmək, ara məsafəni qorumaq, maska taxmaq tələb olunur”.

P.Bədəlov qeyd edib ki, virusa yoluxan 3 ailə Rusiyadan gələn şəxslə əlaqədə olub: "Bu ailələr bir-birinə yaxın olduğu üçün yoluxma sürətlə yayılıb. Ailələrlə təmasda olan 90 nəfərdən analiz götürülüb, hazırda onlar nəzarətdə saxlanılırlar. Yoluxanlardan biri 33 yaşında, digərləri isə 33-55 yaşlardadır".

Qeyd edək ki, Köhnə Xaçmaz kəndi koronavirusla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi nəzarətə götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam