Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İŞİD viruslu maska paylamağı planlaşdırır: Təhlükə

İŞİD viruslu maska paylamağı planlaşdırır: Təhlükə

Terror qurplaşmaları koronavirus infeksiyasından bioloji silah kimi istifadə etməyə başlayıblar. 

Yenixeber.org: İŞİD-in üzvləri artıq infeksiya ilə terror aktları planlaşdırır. İraqın təhlükəsizlik qüvvələri bununla bağlı hərəkət keçib. Onlar əhaliyə tanımadıqları şəxslərdən tibbi maska, yaxud əlcək almamağı tövsiyə edib. Bildirilir ki,  İŞİD üzvlərinin tibb işçiləri geyimində əhaliyə virusa yoluxdurulmuş maska paylayacağı ilə bağlı məlumatlar var.

Artıq hökumət qüvvələri buna qarşı xüsusi əməliyyatlar hazırlayıb.

Bəs infeksiyanın bu şəkildə yayılması mümkündürmü? 

Həkim Vasif İsmayıl Yenisabah.az-a açıqlamasında virusa yoluxdurulmuş tibbi maska, yaxud əlcəyin təhlükəli olduğunu bildirib. “Bu şəkildə virusa yoluxmaq mümkündür. Əgər belə bir hal baş verərsə, o zaman yoluxma kütləvi hal ala bilər”, -deyə Vasif İsmayıl bildirib.

Mütəxəssislər hesab edir ki, bu təhlükəni önləmək üçün insanların tibbi maska və əlcəkləri apteklərdən alması daha məqəsəduyğundur. “Ümumiyyətlə, bu məsələlərdə rəsmi xəbərlərə, tövsiyələr diqqət etmək gərəkdir. Əgər əhaliyə pulsuz maska, yaxud əlcək paylanılacaqsa, təbii ki, bu barədə əvvəlcədən məlumat veriləcək. Belə bir məlumat yoxdursa, insanların tanımadıqları şəxslərdən tibbi ləvazimatlar alması doğru deyil. Hətta həmin ləvazimatları gətirənlər tibb işçiləri geyimində olsa belə. İnsanlar həmin şəxslərin kimliyini, hansı tibbi müsəssisədə işlədiyini soruşmalı və bunu dəqiqləşdirməlidirlər. Bir sözlə maksimum diqqətli olmaq gərəkdir”, -deyə mütəxəssislər bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam