Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İstilik mövsümünün vaxtı uzadıldı - Rəsmi

İstilik mövsümünün vaxtı uzadıldı - Rəsmi

Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprelin 25-nə qədər uzadılıb. 

Yenixeber.org: "Azəristiliktəchizat"dan daxil olan məlumatda qeyd edilir ki, ölkə prezidentinin tapşırıq və tövsiyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, bununla bağlı müvafiq araşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib.

Baş Nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib. 

Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi ilə bağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülmüş və istilik təchizatı sistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosial obyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək.

Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdən ibarət növbətçilik yaradılmış, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.

“Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və Cəmiyyətin rəsmi feysbuk səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarla bağlı müraciətlərini həyata keçirə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam