Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

DİN: "Maska və əlcək taxmadığına görə sürücülər cərimələnməyəcək" -VİDEO


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı zərurət olmadan evdən çıxmağın qadağan olunmasından sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların tibbi maska və əlcəkdən istifadə edib-etməməsi məsələsi olub. 

Yenixeber.org: Virusun ölkəmizdə yayıldığı ilk günlərdə və hazırda da maska qıtlığının yaşanması müşahidə olunur. TƏBİB rəsmiləri bir neçə dəfə tibbi maska və əlcəyin vətəndaşları virusdan qorumadığını, bu vasitələrdən yalnız virusa yoluxmuş şəxslər və tibb heyətinin istifadə etməli olduğunu qeyd ediblər. Bu hal, həmçinin, daha çox risk altında olan tibb heyətini maska ilə təmin etməyə çətinlik yaratmaması üçün nəzərdə tutulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karatin rejimi ilə bağlı açıqladığı qaydalar planında da maska və əlcəklə bağlı hər hansı tələb və ya tövsiyə qeyd olunmayıb.

Lakin son günlər polis əməkdaşlarının paytaxt, Sumqayıt və Abşeronda apardığı reydlər zamanı maska və əlcəkdən istifadə etməməyə görə vətəndaşları cərimələməsi haqda məlumatlar yayılmışdı. İnsanlar sosial şəbəkələrdə bundan narazılığını bildirirdi. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev də mətbuata açıqlamasında tibbi maska və əlcəkdən istifadə etmənin karantin rejiminin tələbi olduğunu bildirmişdi.

Daxili İşlər Nazirliyi artıq bu məsələyə ilə bağlı bir daha aydınlıq gətirib. Qurum rəsmisinin adından yayımlanan video açıqlama qeyd edilib ki, maska və əlcəkdən istifadə etməməyə görə vətəndaş cərimə edilmir:

"Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam