Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

XİN: Bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir


Bu ilin 5 mart tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub. Düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadə qətlə yetirilib.

Yenixeber.org: Bu barədə AR XİN Mətbuat Xidməti idarəsi insidentlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir.

"Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir", - deyə açıqlamada qeyd olunub.

Allah şəhidimizə rəhmət eləsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam