Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Yenixeber.org: Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.