Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koçaryanın daha bir yaxın adamı Rusiyaya qaçıb

 

Ermənistanda barələrində cinayət işi açıldığına görə Rusiyaya qaçan yüksək vəzifəli keçmiş dövlət məmurlarının sayı 5-ə çatıb.

Yenixeber.org: “Novosti Armeniya” xəbər verir ki, dekabrın 23-də Yerevanın Avan və Nor Nork rayonu Məhkəməsinin keçmiş hakimi Samvel Uzunyan barəsində beynəlxalq axtarış elan edilib.

Bildirilib ki, dekabrın 20-də Ermənistan baş prokuroru müavininin qərarı ilə S.Uzunyana qarşı Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. O, 51 min dollar məbləğində rüşvət almaqda təqsirləndirilir.

S.Uzunyan isə istintaqdan yayınmaq və Ermənistandan qaçmaq üçün fırıldağa əl atıb. Belə ki, o, əl yükünü Yerevanın Zvaretnos hava limanına göndərib. Keçmiş məhkəmə hakiminə məxsus bağlamadan güllə aşkarlanıb. Hüquq-mühafizə orqanları onu həbs etmək istəyiblər, amma tapa bilməyiblər. Dekabrın 23-də isə S.Uzunyanın Moskvaya qaçdığına dair məlumat yayılıb.

Ehtimal edilir ki, S.Uzunyan keçmiş hakimiyyətin siyasi-iqtisadi maraqlarına dair müxtəlif qruplarla bağlı məlumata malikdir. Həmçinin o, hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın yaxın adamlarından sayılır.

2008-ci il matın 1-də baş verən hadisələrə görə barələrində ittiham irəli sürülmüş həmin olaylarla bağlı cinayət işini araşdıran istintaq qrupunun keçmiş başçısı Vaahan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gervorq Kostanyan və keçmiş müdafiə naziri Mikael Arutyunyanın Rusiyaya sığındıqlarına dair məlumat yayılıb. Bununla yanaşı, istintaq təcridxanasının keçmiş başçısı Miqran Poqosyanın da Rusiyada gizləndiyi bildirilib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində paytaxt Yerevanda 10 nəfərölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryanhadisələrin törədilməsində ittiham olunaraq 2018-ci il iyulun 27-də həbs edilib.

Sabiq dövlət başçısı və istintaqa cəlb olunan digər şəxslər Konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham edilirlər.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam