Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanda - tələbə rektor seçildi

Azərbaycanda tələbə rektor seçildi
Azərbaycan Texniki Universitetinin (AzTU) tarixində ilk dəfə tələbə-rektor seçkisi keçirilib.
Yenixeber.org: Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla öz seçimlərini ediblər.

AzTU-nun 7 fakültəsinin hər birindən bir namizəd seçilib və onlar son mərhələdə universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər. Çıxışlardan sonra 7 tələbə-rektor namizəd arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən, hər namizəd şəxsən özünə və digər bir nəfər namizədə səs verib.

Səsvermənin nəticəsinə görə, Azərbaycan Texniki Universitetinin ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin 2-ci kurs tələbəsi Əli Abdullazadə olub.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.

Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur. Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam