Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bakıda torpaq ucuzlaşmaqdadır

 

2014-cü ilin dekabrında Bakıda toprağın bir sotunun orta qiyməti 2,77 faiz azalaraq 18 937 dollar olub.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin saytında bu gün yerləşdirilmiş məlumatda deyilir.

Dekabrda satışa cəmi 248 torpaq sahəsi çıxarılıb. Halbuki noyabrda bu rəqəm 403 olub.

Məlumatda deyilir ki, təkliflərin sayının azalması torpaq bazarında aktivliyin azalması ilə əlaqədardır ki, bu da ilk növbədə qiymətlərin nisbətən azalmasına gətirib çıxarıb.

Dekabrda qiymətlərdə daha çox Bakının Binəqədi, Sabunçu və Səbail rayonlarında müvafiq olaraq 6,51; 7,44 və 5,46 faiz azalma müşahidə olunub.

Məlumatda bildirilir: "Torpaq bazarında ümumi qiymətlərin düşməsinə baxmayaraq, Bakının Abşeron rayonunda qiymətlərin qalxması müşahidə edilib ki, bu da mərkəzi rayonlarda torpaq sahələrinin qıtlığı ilə izah etmək olar. Bütovlükdə əhali arasında şəxsi yaşayış evlərinə tələbatın artdığı nəzərə alınarsa, onda demək olar ki, ətraflarda qiymətlərin qalxması normal hadisədir".

Dekabrda Bakının Abşeron rayonu istisna olmaqla digər rayonlar passiv olub.

Dekabrda Abşeron rayonunda torpaq sahələrinin qiyməti 12,2 faiz - yüz kvadrat metr üçün 4,8 min manata qədər, Nərimanov rayonunda – 3,1 faiz (121,4 min manat), Xəzər rayonu – 0,9 faiz (4,2 min manat), Yasamal rayonu – 0,3 faiz (102,99 min manat) yüksəlib. Qiymətlər Xətai rayonunda dəyişikliksiz, yəni 29,2 min manat səviyyəsində qalıb.

Qiymətlər Binəqədi rayonunda 6,5 faiz - yüz kvadrat metr üçün 15,99 min manata qədər, Nəsimidə – 2,1 faiz (111,75 min manat), Nizamidə - 0,2 faiz (28,6 min manat), Qaradağda – 0,3 faiz (4,1 min manat), Sabunçuda – 7,4 faiz (4,9 min manat), Səbaildə- 5,5 faiz (57,1 min manat), Suraxanıda – 0,8 faiz (5,9 min manat) azalıb.

"Trend"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam