Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Cırtdan” - terrorçuların yanına göndərildi

 

Meksikalı narkobaron Xoakin “El-Çapo” (Cırtdan) Qusman Koloradonun ən gücləndirilmiş rejimli (Administrative Maximum Facility, ADX) həbsxanasına çatdırılıb.

Yenixeber.org:  Bu barədə “Denver Post” onun vəkili Ceffri Lihtmana istinadla xəbər verir.

Bu həbsxanada cəza çəkənlər, demək olar, bütün sutka ərzində bir nəfərlik kameralarda saxlanılır və ətraf aləmdən tamamilə təcrid olunurlar. Həbsxanada 2013-cü ildə Boston marafonunda partlayış törədən Cohar Tsarnayev, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror törədən  Zakarias Mussaui, 1996-cı ildə Olimpik-parkda partlayış törədən Erik Rudolf kimi terrorçular saxlanılır.

Xatırladaq ki,  61 yaşlı “Cırtdan” 10 fərqli maddə üzrə, o cümlədən, narkotik vasitələrin (kokain və heroin) alveri, odlu silahlara qanunsuz yolla yiyələnmə, çirkli pulların yuyulmasında təqsirli bilinib. Ona iyulun 17-də məhkəmənin qərarı ilə ömürlük və 30 il əlavə həbs cəzası verilib. Narkobaron, həmçinin 12,6 mlrd dollara müvafiq cərimə də ödəməlidir.

Qusman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub.

Meksikalı narkobaron ABŞ-ın əsas narkotik vasitə təchizatçısı olmuş Sinaloa kartelinə rəhbərlik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam