Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Fuad Abbasov aclıq aksiyasına başlayıb

fuad-abbasov

Jurnalist Fuad Abbasov aclıq aksiyasına başlayıb.

Yenixeber.org: Rusiya büromuz xəbər verir ki, Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.

Səs yazısında deyilir: “Mən bu gündən aclıq alsiyasına başladım. Çünki mən bu gün Azərbaycan getməli idim, amma aeroporta getdiyimiz yerde yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də açlıq aksiyasına başlayıram”

Qeyd edək ki, Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

F.Abbasov isə bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunmalı idi.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam