Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Lənkəran filialında “Xalçaçı günü” bayram tədbiri keçirilib(FOTO)

 Prezident İlham Əliyev 25 noyabr 2016-cı il tarixdə “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq üç ildir ki, may ayının 5-i “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün xalçaçıların peşə bayramı kimi qeyd olunur.

Yenixeber.org: “Azərxalça”dan verilən məlumata görə, hər il olduğu kimi, bu il də xalçaçılar öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında geniş bayram tədbiri keçirilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov xalçaçıları peşə bayramı münasibətilə təbrik edib. İdarə Heyətinin sədri çıxışında deyib ki, ölkəmizdə digər sahələr kimi, xalçaçılığın da inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Hələ ötən əsrin 70-ci illərindən ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. Ölkəmiz müstəqillik qazandıqdan sonra xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib.

Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının xalçaçılığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir.

Azərbaycan Prezidentinin “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir” sözlərini xatırladan Vidadi Muradov bildirib ki, dövlət başçısı xalçaçılığa ikinci həyat verib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb:

“Ölkə rəhbərinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması minlərlə xalçaçını sevindirib, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytarıb. İndi Azərbaycan xalçaçıları nəinki dövlət başçısının onlar üçün yaratdığı emalatxanalarda işləyərək gözəl xalçalar toxuyurlar, həm də üçüncü ildir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş peşə bayramlarını qeyd edirlər. Bütün bunlara görə Azərbaycan xalçaçıları Prezident İlham Əliyevə hər zaman minnətdar olacaqlar”.

Vurğulanıb ki, “Azərxalça”nın 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 1700 nəfərdən çox toxucu çalışır. Bu dövrdə 8500 kvadratmetrdən çox xalça toxunub.

Bildirilib ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Lənkəran filialı “Azərxalça”nın nümunəvi filiallarından biridir. Səhmdar Cəmiyyətin ən çox toxucusu olan xalça istehsalı emalatxanası da Lənkərandadır. Burada toxunan xalçalar öz keyfiyyəti ilə seçilir. Bütün bunlar nəzərə alınaraq geniş bayram tədbiri burada keçirilir.

AMEA Lənkəran Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev, Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun aparıcı elmi işçisi, dosent Tahir Şahbazov çıxış edərək xalçaçılıq sənətinin tarixindən, Lənkəranda “Azərxalça”nın filialının yaradılmasının əhəmiyyətindən danışıblar, xalçaçıları peşə bayramı münasibətilə təbrik ediblər.

Lənkəran filialının direktoru Nargilə Qənbərova onlara göstərilən diqqət və qayğıya görə xalçaçılar adından ölkə başçısına minnətdarlığını ifadə edib.
Sonda fəaliyyəti ilə fərqlənən bir qrup toxucu mükafatlandırılıb, emalatxanada toxunan növbəti xalça kəsilib.

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam