Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan-Türkiyə təlimlərinə - 1000-dən çox şəxsi heyət, 20-yə yaxın döyüş helikopterləri cəlb olunub

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilir".

Yenixeber.org: Bunu Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov deyib.

Onun sözlərinə görə, təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Taktiki təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub: "Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinin və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişatında təlimdə iştirak edən heyət bilmədən taktiki şərait bir neçə dəfə dəyişdirilmiş və şəxsi heyət bundan nəticə çıxararaq, qarşılıqlı fəaliyyəti və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirmişlər".

Mayın 1-də başlayan təlimlərə bu gün yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam