Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Zəkiyyə Mustafayevaya yüksək VƏZİFƏ VERİLDİ - FOTO

 

Zəkiyyə Mustafayevaya yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni təyinat olub.

Yenixeber.org: Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilib.

Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır.

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Z. Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam