Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müdafiə Nazirliyindən təqzib

 

MN

    "Xeberinfo.com": “KİV-də özünü “baş leytenant” və “Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı” kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib.

   10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində “Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları” diaqnozu ilə müalicə alıb”.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-nın sorğusuna cavab olaraq bildirib.

    V. Dərgahlı deyib ki, İlkin Quliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə “Kəskin appendisit”ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib: “O, 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək “Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 18“b” maddəsinin II qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və cəmi 8 ay xidmət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb.

Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İ.Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb.

2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə Mübariz İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək də mümkün deyil.

Bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsinin zəruriliyini bir daha KİV-in diqqətinə çatdırırıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam