Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Mikayıl Cabbarov yeni iqamətgaha köçür

 

 

Təhsil Nazirliyinin Mərkəzi Aparatı yeni binaya köçməyə hazırlaşır.

 

"Xeberinfo.com": Bu barədə “AzPolitika.info”-ya adıçəkilən nazirliyə yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra nazirliyin yeni binaya köcürülməsi təşəbbüsü ilə çıxış edib. Bu da təsadüfi deyil. Təhsil Nazirliyinin binası həm çox kiçikdir, həm də yerləşdiyi ərazi nazirlik üçün uyğun deyil.

Ölkənin demək olar ki, bütün nazirlik və komitələri paytaxtın mərkəzi hissəsində, necə deyərlər, I dərəcəli ərazisində yerləşir. Ancaq Təhsil Nazirliyi yol kənarında, əsasən bazar və tikinti materiallarının satışı ilə məşğul olan II dərəcəli bir ərazidə yerləşdirilib. Bunun hökumətin təhsilə, yoxsa sabiq nazir Misir Mərdanova münasibəti ilə bağlı olduğunu söyləyə bilməsək də, Mikayıl Cabbarovun təşəbbüsü başadüşüləndir – Təhsil Nazirliyi də, necə deyərlər, adına layiq bir əraziyə köçürülməlidir. Ancaq ötən bir il müddətində yeni təhsil naziri hansısa səbəbdən bu istəyini reallaşdıra bilməyib. Ola bilsin ki, ötən dövr ərzində müvafiq tələblərə cavab verən bina tapılmayıb.
1ADPUBu yaxınlarda isə axtarışlara son verilib. Belə ki, “AzPolitika.info”-ya verilən məlumata görə, Təhsil Nazirliyinin Mərkəzi Aparatını Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Bakıxanov küçəsində yerləşən korpusuna köçürmək qərara alınıb. Bu məqsədlə bir şıra işlər həyata keçirilib və keçirilməkdədir.
Belə ki, ADPU-nun Bakıxanov küçəsində yerləşən korpusu Bakı Təhsil İdarəsinin yanındakı 36 saylı orta məktəbin binasına köçürülüb. Düzdür, müəllimlərə və tələbələrə bildirilib ki, Bakıxanovdakı korpus qəzalı vəziyyətdə olduğundan köçürülüb. Və əsaslı təmirdən sonra yenidən ora qayıdacaqlar.
Ancaq “AzPolitika.info”-ya verilən məlumata görə, ADPU-nun Bakıxanov küçəsində yerləşən korpusu Təhsil Nazirliyi üçün hazırlanır. “Binada məhz Təhsil Nazirliyinin Mərkəzi Aparatının yerləşməsi üçün cox böyük dəyişikliklər və yenidənqurma işləri aparılır”- deyə, mənbə bildirir.
Mənbə Təhsil Nazirliyinin hazırkı binasının da nazirliyin balansında saxlanacağını, bəzi şöbələrin orda qalacağını bildirir.
Qeyd edək ki, ADPU-nun Bakıxanov küçəsində yerləşən korpusu Təhsil Nazirliyi üçün həqiqətən ideal yer sayıla bilər. Maliyyə Nazirliyi də bu binanın qonşuluğunda yerləşir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam