Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Modern Diplomacy: İlham Əliyev -İslam dünyasının fenomeni

 

Azərbaycan həmrəylik körpüsü funksiyasını yerinə yetirir

Yenixeber.org: Bu barədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin urdu müəllimi Eldost İbrahimovun "Modern Diplomacy" analitik resursu tərəfindən dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, 20-ci əsr ərzində iki dəfə müstəqillik elan edən Azərbaycanın tam qloballaşma, beynəlxalq inteqrasiya və sosial ziddiyyətlər dövründə öz müstəqilliyini saxlaması çox vacibdir: "Bu cür mürəkkəb tarixi şəraitdə görkəmli siyasətçi və dövlət xadimi, dünyada məşhur və hörmətli insan - İlham Əliyevin bu məsuliyyətli missiyaya sadiqliyi və onu uğurla həyata keçirməsini Azərbaycanın müasir tarixinin qızıl əsri kimi xarakterizə etmək olar".

Müəllifin sözlərinə görə, Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyəti dövründə uğurlu xarici siyasətin aparması Azərbaycanın gələcək həyatına mühüm təsir göstərib: "Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın bütün dövlətləri ilə normal münasibətlər qurub. İslam dövlətləri ilə yaxşı münasibətlərdə olarkən, Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının maraqlarını qoruyur və beynəlxalq hüququn tələblərinə uyğun olaraq bu ölkələrlə əməkdaşlığı davam etdirir".

Məhz bu nöqteyi nəzərdən, İbrahimovun sözlərinə görə, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması Azərbaycanın müsəlman ölkələrinin birliyinə olan həssas münasibətlərinin müsbət nümunəsidir: "Azərbaycan tarixində ilk dəfə Prezident İlham Əliyev İslam dünyasına siyasi mesaj göndərib, bir mövqedən hərəkət etməyin, birliyə və eyni zamanda dünyaya inteqrasiyaya nail olmağın vacibliyini göstərib".

Məqalədəbildirilir ki, ancaq Azərbaycan kimi multikulturalizm və həmrəyliyin hökm sürdüyü, müxtəlif millətlər və dinlərin nümayəndələrinin vətəndaşlarının sülhdə yaşadığı bir ölkənin Prezidenti belə bir mesaj etməyə mənəvi haqqı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam