Redaktor seçimi
“Rəqabət Məcəlləsi” Kamaləddin Qafarovu durdura biləcəkmi? -
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” -
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Günün xəbəri

Avropa Olimpiya Komitələrinin prezidenti və baş katibi Prezident İlham Əliyevi təbrik edib

Avropa Olimpiya Komitələrinin prezidenti və baş katibi Prezident İlham Əliyevi təbrik edib

 

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçdən və Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib

Yenixeber.org: Təbrikdə deyilir:

Zati-aliləri cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Olimpiya Komitələrinin adından səmimi qəlbdən təbrik edirik.

Bu qələbə Sizin əvvəlki illərdə dövlət başçısı vəzifəsində həyata keçirdiyiniz mükəmməl fəaliyyətin yüksək qiymətləndirilməsi, həmçinin Azərbaycan xalqının ölkənin tərəqqisinin hərəkətverici qüvvəsi kimi Sizə bəslədiyi etimadın göstəricisidir. Məhz Sizin rəhbərliyinizlə Bakıda və ölkənin bütün regionlarında inkişaf və yenidənqurma, eləcə də müasirləşmə işlərinin geniş vüsət alması Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib.

İcazə verin, bu fürsətdən istifadə edərək, Zati-aliləri, Sizinlə və Milli Olimpiya Komitəsi ilə aramızda olan, yüksək dəyərləndirdiyimiz dost münasibətlərinə görə dərin minnətdarlığımızı bildirək.

Ölkənizin Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, eləcə də növbəti Avropa Gənclər Olimpiya Festivalının məhz Bakıda keçirilməsi ölkənin Avropada güclü nüfuza malik olmasını təsdiq edir. Bu isə ölkənin müasir, dinamik inkişaf edən xarakterinin və burada necə əməksevər və dost insanların yaşadığının bariz nümunəsidir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Bu il mayın 11-12-də Belqrad şəhərində Sizinlə görüşməyə ümidvarıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam