Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputat:"Azərbaycanın Qoşulmama Hərəkatında iştirak etməsinin əsas məqsədlərindən biri..."

 

Deputat:

 

Azərbaycanın Qoşulmama Hərəkatında iştirak etməsinin və "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransına ev sahibliyi etməsinin əsas məqsədlərindən biri ölkəmizin həqiqətlərini dünyaya çatdırmaqdır

Yenixeber.org: Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadənin sözlərinə görə, Azərbaycan həqiqətləri dünyaya çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir:

"Qoşulmama Hərəkatı da bu platformalardan biridir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransının Yekun Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Orada ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına uyğun olaraq dəstəklənir. Azərbaycanın bu hərəkatda iştirakının əsas məqsədi də bundan ibarətdir".

Deputat hesab edir ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı fəaliyyətini bütün beynəlxalq təşkilatlarda davam etdirməlidir və bütün dünya hüququn aliliyinin pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin sülhə və sabitliyə təhdid törətdiyini bilməlidir.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak ediblər.

Nazirlər konfransının Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb.

Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam