Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

PROKUROR HAKİMİ ŞANTAJ EDİRMİŞ!

 

    Həsən Əliyev Nərimanov rayonunun prokurorunun şantajlarından bezərək MTN-ə şikayət edib, onun özünə əlavə ittiham irəli sürüblər!

      "Xeberinfo.com": Məlum olduğu kimi, baş prokuror Zakir Qaralov bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunun prokuroru Fikrət Mahmudov və onun müavini Cavid Quliyevin vəzifəsindən azad olunması haqda əmr imzalayıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.

    Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

   Baş Prokurorluğun rəsmi məlumatında belə deyilirdi.

xhesenhakimNərimanovun prokuroru və onun müavininin belə ağır ittihamlarla işdən azad olunmasının təfərrüatları ilə bağlı AzPolitika.info-ya sensasiyalı məlumatlar daxil olub. Məlumatlı mənbənin bildirdiyinə görə, Baş Prokurorluğun rəsmi məlumatında əksini tapan “prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə” ifadəsinin arxasında əslində cinayət var. Belə ki, araşdırmalar nəticəsində Nərimanov rayonunun prokuroru Fikrət Mahmudovun Ramazan Səlimovun Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevdən şikayətini ört-basdır etmək üçün sonuncudan hədə yolu ilə külli miqdarda rüşvət aldığı müəyyən olunub. Məlumata görə, Ramazan Səlimov Həsən Əliyevdən şikayət etdikdən sonra Fikrət Mahmudov onu görüşə çağırıb. Həsən Əliyevin xaraktercə qorxaq insan olduğunu müəyyən edən prokuror, mütəmadi olaraq ondan müəyyən məbləğlər tələb edib. Üst-üstə 200 min manatdan artıq pul verdikdən sonra, prokurorun yenə də ondan əl çəkmədiyini görən hakim (!!!), Fikrət Mahmudovun səsini yazmaq qərarına gəlib. Növbəti görüşdə prokurorun səsini yazan Həsən Əliyev, işin üstü açıldıqdan, Ramazan Səlimovun şikayəti “yuxarılara” çatdıqdan sonra onu şantaj edən prokurordan Milli Təhlükəsizlik Nazirliyinə şikayət edib. Bundan sonra Baş Prokurorluq araşdırma aparıb və güclü himayəçisinin olmasına baxmayaraq, Zakir Qaralov Fikrət Mahmudovu və onun müavinini vəzifəsindən azad edib.

Mənbənin daha bir sensasiyalı məlumatı ondan ibarətdir ki, MTN-ə şikayət etdikdən və gizli səs yazısı ilə bu şikayətini sübut etdikdən sonra Həsən Əliyevə qarşı yeni ittiham – rüşvətvermə ittihamı da irəli sürülüb. Rüşvət verən varsa, deməli rüşvəti alan da olmalıdır. Lakin Nərimanovun keçmiş prokuroruna qarşı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil.

Bu məlumatlarla bağlı Fikrət Mahmudovun mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam