Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Gənc Tamaşaçılar Teatrı dünya turunu başa vurub

 

 

 

 

     Bu il 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) bu il fevral ayının 27-dən mart ayının 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib

 

 

        Yenixeber.org:  VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Tamaşa fevral ayının 27-dən martın 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində və martın 3-dən 8-dək Hindistan Respublikasının Dehli və Kəlkütə şəhərlərində nümayiş olunub. Teatrın kollektivi və tamaşanın rejissoru , Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə səfər təəsüratlarını bölüşərkən qeyd edib ki :” Hər iki səfərdə, Əl –Füceyradan sonra Dehli və Kəlkütədə həyəcan dolu və füsunkar günlər yaşadıq. Çox gözəl və məhsuldar səfər oldu. Xoşbəxtəm ki, Gənc Tamaşaçılar Teatrının heyəti ilə bir yerdəyik. Tamaşamız maraqla qarşılandı. Aktrisa Kəmalə Hüseynovanın oyunu tamaşaçılarda möhtəşəm təəssürat yaratdı. Azərbaycanlı aktrisanı oyununa görə əlini öpən tamaşaçılar bizə Azərbaycan teatrı adına böyük sevinc və qürur hissi yaşadıb.

Tamaşa ilə bağlı hər iki ölkənin mətbuatında dərc edilən məqalələrdə deylir: “ Burada sevgi qəhrəmana baha başa gəlir və o, cəzasını çəkməyə məhkumdur. Aktrisa iki saat ərzində səhnədə fəal, eyni tempdə hərəkət, qəzəb və etiraz hissləri ilə çox enerji sərf etdi. “Cəza”nı cəsarətli hekayə və yüksək səviyyəli tamaşa sözləri ilə təsvir etmək olar. Rejisorun əməyi sayəsində səhnə arxasında komandanın qrup dinamikası mükəmməlləşmiş və hər səhnə parlaq kütləvi müvəffəqiyyətə yol alırdı. “Cəza” bu festivalda şöhrətə və şərəfə layiq olan nadir əsərlərdəndir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam