Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Moody’s” iki Azərbaycan bankının reytinqini endirdi–Açıqlama

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi iki Azərbaycan bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.

Yenixeber.org: Məlumata istinadən xəbər verir ki, “Moody’s”“Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək, “Bank of Baku”nun analoji reytinqini isə “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.

“Bank Respublika”nın kreditləşməsinin baza qiymətləndirilməsi “b3” səviyyəsindən “caa1” səviyyəsinədək endirildiyi halda, “Bank of Baku”nun “caa1” səviyyəsində olan bu göstəricisi “caa3” səviyyəsinədək geriləyib.

Hər iki bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb.

“Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır.

Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8% (minimal tələb 5%) və 7,3%-dək (10%) azalıb.

“Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 mln. manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb.

Agentlik hesab edir ki, hələ bir neçə rüb “Bank of Baku” zərərlə işləməyə davam edəcək.

Səhmdarlar əlavə kapital qoyuluşunu həyata keçirərsə, “Moody’s” bankın reytinqlərini yüksəldə, reytinq üzrə proqnozu isə stabilləşdirə bilər.

Agentlik vurğulayır ki, “Bank Respublika” da zərərlə üzləşib, bu isə öz növbəsində kapitala neqativ təsir edib. Dekabrın 1-nə bankın məcmu kapitalı 39,8 mln. manata enib.

“Hazırda bankın səhmdarları 10 mln. manatlıq əlavə səhm emissiyasının baş tutumasını müzakirə edir. Əgər buna dair razılıq əldə olunarsa, planlar növbəti ilin əvvəlində reallaşdırıla bilər”, – deyə məlumatda vurğulanıb.

“Moody’s” qeyd edir ki, cari ilin 11 ayı ərzində bankın kredit portfeli 17% azalıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam