Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gənclər və İdman Nazirliyində yeni təyinat

Gənclər və İdman Nazirliyində yeni təyinat

 

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyinatı gerçəkləşib

 

Yenixeber.org: Bu vəzifə Namiq Novruzova həvalə olunub. N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib. 

Faktı Nazirliyin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib. 

Qeyd edək ki, Novruzov Namiq Samur oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater high school” da davam etdirib. 1995-1996-cı illərdə ABŞ-ın “Centralia Community College”in siyasi elmlər fakültəsində, 1997-1998-ci illərdə İngiltərənin paytaxtı Londonda hazırlıq kursunda təhsil alıb. 1999-cu ildə İngiltərənin Liverpul Con Mörs Universitetinə qəbul olunub, daha sonra təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirib.

2003 - 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2007 - 2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakültəsində təhsil alıb.

2000-ci ildə BM hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlayıb və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib. 2007 - 2010-cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam