Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Atambayevin əsas rəqibi həbs edildi

 

 

Qırğızıstanda deputat Kanatbek İsayevə qarşı kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhdi ittihamı ilə cinayət işi açılıb.

Yenixeber.org: Bu barədə informasiyanı Qırğızıstan mətbuatı yayıb. İsayevin artıq həbs olunduğu bildirilib. Belə ki, deputatın öz planını gerçəkləşdirməsi üçün bir neçə şəxslə, o cümlədən mütəşəkkil cinayətkar dəstələrlə də əlaqəyə girdiyi müəyyən olunub.

Qırğızıstan Baş Prokurorluğu artıq İsayevlə bağlı məlumat yayıb. Prokurorluq İsayevin hətta hakmiyyəti güc yolu ilə ələ keçirmək variantını da nəzərdən keçirdiyini söyləyib.

Qeyd edək ki, İsayev bundan öncə prezidentliyə namizədliyini irəli sürsə də, Qırğızıstan Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb. Nəticədə İsayev prezident seçkisində ölkənin ana müxalifəti olan Ata-Yurd Partiyasının namizədi Omurbek Babanovu dəstəkləyəcəyini bildirib.

Ölkədə seçki 15 oktyabrda keçiriləcək. Hazırkı Prezident Almazbek Atambayev öz adamlarından birini vəzifəyə gətirməyi planlaşdırır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam