Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Baş prokuror Rusiyada səfərdə olub


Azərbaycan
ın baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

 


Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış video müraciəti nümayiş etdirilib. 
Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin rəhbərliyi altında bütün sahələrdə köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq ölkələr arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini qeyd edib.
Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən baş prokuror tərəflər arasında 2010 və 2015-ci illərdə müvafiq olaraq Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında saziş”in imzalanmasını diqqətə çatdııb. Hər iki razılaşmanın ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.
Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin rəhbərlik etdiyi qurumun ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi önəm verdiyini, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin icra edildiyini, ölkələr arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv inkişaf etdiyini bildirib.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Belarus və Qazaxıstanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam