Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Elman Nəsirov:Sarkisyanın çıxışı yalnız əsassız ittihamlardan ibarətdir...

BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışının növbəti dəfə şahidi olduq.

Yenixeber.org:Bunu millət vəkili Elman Nəsirov deyib. O qeyd edib ki, Sarkisyanın çıxışı bir daha dünyaya nümayiş etdirdi ki, bu dövlət baş tutmuş dövlət deyil və onun başçısının çıxışı kifayət qədər lokal məzmunludur, heç bir beynəlxalq gündəlik müəyyən edən məsələlərə aidiyyəti yoxdur: "Bu bir daha göstərdi ki, dünyanı narahat edən məsələlər Sarkisyanı narahat etmir, onun çıxışı yalnız əsassız ittihamlardan ibarətdir, yalan, iftiralarla qurulan cümlələrdir. Əvvəla, Ermənistan prezidenti yenə çıxışında qondarma "erməni soyqırımı" iddialarını gündəmə gətirib. Bundan sonra isə o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən erməni yalanlarını beynəlxalq tribunada səsləndirib, özünü rüsvay etdi. O,BMT kürsüsündən yenidən ərazi bütövlüyü prinsipini qəbul etmədiyini bildirdi. O bir daha beynəlxalq hüquq prinsiplərini qəbul etmədiyini ortaya qoydu. Bu da beynəlxalq müşahidəçilərin diqqətindən heç bir halda yayınan məsələ deyil".

Əvvəla, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli tarixi ərazisidir. Sarkisyan isə həmin ərazidə olmayan, olması mümkün olmayacaq qondarma bir rejimin adını çəkir. Onun bu çıxışı həmçinin BMT rəhbərliyinə hörmətsizlikdir. Ən azından ona görə ki, BMT rəhbərliyinin qəbul etdiyi 4 qətnaməni Sarkisyan rejimi icra etmir. BMT erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal ərazisindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə 4 qətnamə qəbul edib. Sarkisyan isə BMT kürsüsündən həmin işğal etdikləri ərazilərdə "demokratik rejim" yaratmaq istədiyini bəyan edir. Sarkisyanın bu çıxışı BMT rəhbərliyi və beynəlxalq müşahidəçilər tərəfindən gülünc fikir kimi qəbul ediləcəyinə şübhəm yoxdur və həmin cəfəngiyyat fikirlər BMT-də gülünc qarşılanacaq".(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam