Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Orxan Zeynalovun son sözü

 

Moskva Şəhər Məhkəməsində Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə istintaqı baş tutub. 

"Xeberinfo.com": Məlumata görə, məhkəmə zamanı Orxan Zeynalova son söz demək üçün imkan verilib. 

Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov ittihamlardan qəti olaraq imtina edib: "Yeqor Şerbakovu mən öldürməmişəm. Bütün danışılanlar yalandır. Mən hadisə zamanı orada olmamışam. Biryulova bazarını bağlamaq istəyirdilər, məni də ona görə tutdular". Orxan Zeynalov hakimdən onu cəzalandırmamağı xahiş edib. Zeynalovun özünü müdafiəsi bir tərcüməçi vasitəsi ilə tərcümə edilib. 

Qeyd edək ki, 25 yaşlı Şerbakov 10 oktyabr 2013-cü il tarixində öldürülüb. Bu hadisədən sonra hadisə baş verən bölgədə kütləvi ixtişaşlar başlayıb. Biryulyevo sakinləri cinayəti araşdırılmasını və əsasən miqrantların işlədiyi yerli tərəvəz bazasını ləğv etməyi tələb ediblər. İstintaqın nəticəsinə görə, azərbaycanlı Orxan Zeynalov şübhəli qismində saxlanıb. Onun məhkəmə prosesi isə 30 iyunda başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam