Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev 2 nazirə yeni vəzifə verdi

 

Preizdent İlham Əliyev “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Xeberinfo.com": Məlumata görə, fərmanla “ADA” Universitetinin Nizamnaməsi” təsdiq edilib.

“ADA” Universitetinin Nizamnaməsinə əsasən, Universitetin ali məşvərətçi orqanı Universitetin Qəyyumlar Şurasıdır.

Qəyyumlar Şurası Universitetin strateji fəaliyyəti və onun istiqamətləri barədə məsləhətlər verir. Qəyyumlar Şurasının tərkibi 9 nəfərdən az olmamaqla müəyyənləşdirilir.

Qəyyumlar Şurası daimi və seçilən üzvlərdən ibarətdir. Azərbaycan Respublikasının xarici işlər naziri (indiki halda Elmar Məmmədyarov), Azərbaycan Respublikasının təhsil naziri (indiki halda Mikayıl Cabbarov) və Universitetin Rektoru Qəyyumlar Şurasının daimi üzvləridir. Qəyyumlar Şurasının digər üzvləri onun illik iclasında 2 il müddətinə seçilir. Qəyyumlar Şurasının səlahiyyətləri, fəaliyyət istiqamətləri və fəaliyyətinin təşkili qaydası onun iclasında qəbul olunmuş və Rektor tərəfindən təsdiq edilmiş “Universitetin Qəyyumlar Şurası haqqında Əsasnamə” ilə müəyyən olunur.

Qəyyumlar Şurası Universitetin strateji inkişaf istiqamətlərinə dair təkliflər verir, Universitetə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dəstək verir. Hımçinin, Şura Universitetin daimi maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər verir, Universitetin illik büdcəsi və onun icrası, Universitetin fəaliyyəti, əmlakından istifadə olunması və Universitetin illik audit nəticələrinə dair Rektorun hesabatlarını dinləyir;

Universitetin fəaliyyətinə rəhbərliyi isə rektor həyata keçirir.

Rektor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam