Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Silahlı Qüvvələr Günü Füzulidə də qeyd edildi

 

 

 

  Alı Alıyev: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

 

"Xeberinfo.com": Bu gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə  orqanlarının  rəhbərləri  Silahlı Qüvvələr günü   münasibətilə Şükürbəyli  kəndində, cəbhə  bölgəsində,  birbaşa  düşmənlə   üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin  «N»  saylı hərbi hissəsində xidmət edən əsgərzabitlərləgörüş    keçirmişdir.
          Görüş   zamanı  hərbi  hissə  komandanlığı  ilə  birlikdə  əvvəlcə  ön xəttdəki  səngərlərə  baş çəkilmiş,  burada  xidmət edən əsgərlərin xidməti vəziyyəti,  məişət  şəraiti  ilə  maraqlanıb,  əsgərlərlə  söhbətlər  aparılmış, onlara bayram sovqatları çatdırılmışdır.
Şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev
Silahlı Qüvvələr günü  münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər  arzulamışdır.                                                                  
 Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq  Qarabağda dalğalanmasıdır:

 

     “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad    edəcəyik”.                                                                                                                                  
        

      Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmətxoşbəxtlik   arzulamışdır.

 

   
   
   
   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam