Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leyla Yunusa və onun nümayəndəsinə rəsmi xəbərdarlıq edilib

 

 

                     Baş Prokurorluqda Leyla Yunusa və onun vəkilinə rəsmi xəbərdarlıq
     "Xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, Leyla və Arif Yunuslar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi, o cümlədən A.Yunusovun səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla cari il aprelin 25 və 28-də, həmçinin mayın 29-da rəsmi çağırış vərəqələri təqdim olunmaqla istintaqa dəvət olunsalar da üzürlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırmışlar.
     Yayılan açıqlamada bildirilir: "Eyni zamanda L.Yunusa son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə həmin cinayət işi üzrə şahid qismində ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə, cinayət işi üzrə şahid qismində istintaqa dəvət olunan ayrı-ayrı şəxslərə qanunsuz təsir edərək ifadə verməkdən və protokolları imzalamaqdan imtina etmələri barədə çağırışlar etmişdir.
   Göstərilənlərlə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın çağırışına üzürlü səbəb olmadan gəlmədikdə və çağırışları almaqdan boyun qaçırdıqda onun istintaq orqanına məcburi gətirilməsinin nəzərdə tutulması, həmçinin başqalarını yalan ifadə verməyə məcbur etməyə, istintaqın gedişatına mane olmağa, ifadə verməkdən və istintaqdan boyun qaçırmağa görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılacağı barədə L.Yunusa və onun nümayəndəsi Xalid Bağırova mayın 30-da rəsmi xəbərdarlıq göndərilmişdir.
   L.Yunusun istintaq qarşısında hər hansı şərt qoyması qəbul edilməzdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam