Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudovu 40 mühafizəçi qoruyub

eldar-mahmudov2Sabiq nazir mühafizəçilərinin sayına görə ABŞ prezidentini də geridə qoyubmuş…

Xeberinfo.com:  Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun mühafizə sistemi, bu sistemə işə düzəlmək üçün verilən külli miqdarda rüşvət və məlum sistemin qazanc mənbəyi kimi əhəmiyyəti ilə bağlı maraqlı informasiya daxil olub.

Özəl mənbədən daxil olan məlumata görə, mühafizəçilərinin sayına görə ABŞ prezidentini belə kölgədə qoyan E.Mahmudovun rəsmi olaraq nə az-nə çox, düz 40 nəfər mühafizəçisi olub ki, bu da yalnız Azərbaycan deyil, dünya miqyasında analoqsuz göstərici hesab oluna bilər:

“Unutmaq olmaz ki, bu, sabiq nazirə məxsus rəsmi mühafizəçilərin sayıdır. Hansı ki, bu şəxslər E.Mahmudovun həm nazirliyin daxilində, həm də müxtəlif rəsmi tədbirlərə gedən zaman mühafizəsini həyata keçirməyə məsul idi. Əslində 40 nəfərlik mühafizə heyəti lazımi tələbatdan qat-qat artıq olsa da, E.Mahmudov nazir kreslosunda oturduğu sonuncu günə qədər mühafizəçi kontingentinin sayını azaltmaq haqqında düşünməyib. Əksinə, ABŞ prezidentinin belə malik olmadığı mühafizəçi heyətinin sayı ilə fəxr edən, yarım bölüklük mühafiəzçi kontingentinə malik sabiq nazir, bu anormallığa onun əlahiddəliyini təsdiqləyən normallıq kimi yanaşıb, bununla məmurlara da “mən əvəzolunmazam” mesajı vermək isətiyb…

Onu da qeyd edək ki, sabiq nazirin mühafizəçisi kimi işə düzəlmək bu sistemdə yer alan şəxslərə heç də təmənnasız başa gəlməyib. Belə ki, mühafizəçi işinə düzəlmək istəyən şəxslərin hər biri buna görə 50 min manat məbləğində pulundan keçməli olub ki, bu da 40 mühafizəçiyə malik E.Mahmudovun bundan 2 milyon manat qazandığını göstərir.
Bundan başqa, sabiq nazirin saysız-hesabsız mənzillərinin, bağ evlərinin, ticarət obyektlərinin qorunması üçün də yüzlərlə mühafizəçi işə cəlb edilib ki, onların da hər biri bu etimada layiq olduqlarını ödədikləri pullarla təsdiqləməli olub. (Moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam