Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkəranskinin ölümünün yeni təfərrüatları: İşə Abbas Abbasovun adı da qarışdı…

rovshen

İstanbulda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
Xeberinfo.com:   Qətlin motivi haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, əfsanəvi “qanuni oğru”nun gülləbaran edilməsi Moskvanın Domodedovo rayonundakı eyni adlı meyvə-tərəvəz bazarına nəzarətdən doğan mübahisəyə görədir. Hətta qətlin mümkün sifarişçisinin adı da çəkilir – Timur.

Bu şəxsin Rusiya Federasiyası Dumasının deputatı Aleksandr Şişkinin şəxsi mühafizə xidmətinin rəisi olduğu deyilir. Bildirilir ki, bazarda mübahisə illərdir ki, davam edir. Həmin bazardakı mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında “Domodedovo” bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında bazar müharibəsi kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlib.

“Domodedevo” bazarında Azərbaycandan mal aparan sahibkarlarla bağlı ciddi problem yaşanıb. Həmin bazar 2013-cü ildə sökülən “Pokrovsk” bazarının əvəzinə açılıb. “Pokrovsk” bazarı bağlanandan sonra oradakı azərbaycanlı ticarətçilər “Domodedovo”ya köçürülüb. Amma ora uzaq olduğundan və alver üçün münbit şərait olmadığından Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız Moskva Dairəvi yolunun yaxınlığındakı “41″ adlanan bazarı üstün tutublar. Bundan sonra digər bazarlardakı azərbaycanlılar da mallarını həmin bazara aparmağa başlayıb. Bundan narahat olan bazar rəhbərliyi rəsmi dairələrlə əlaqələrindən istifadə edərək təzyiq rıçaqlarını işə salıb.

1abbasMoskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar zorla ”Domodedova”ya aparılmağa başlayıb.Orada isə bazar sahibinin qoçuları həmin sahibkarları az qala girov götürüblər. Bir maşının bazara daxil olması üçün o dövrdə 1000 dollar alınıb. Sonra isə hər günə görə 500 dollar sahibkardan əlavə toplanıb. O dövrdə iş adamlarının bir neçəsi toplaşaraq Abbas Abbasovla görüşmək üçün “AzerRos”un yerləşdiyi Moskva şəhəri Krasnopresenski küçəsi – 24 ünvanında olublar. Lakin Abbas Abbasov yaxasını kənara çəkib, “gedin, məsələni bazar rəhbərliyi ilə həll edin” deməklə sahibkarları qapıdan yola salıb.

Mənbəmiz bildirib ki, Rövşən Lənkəranskinin öldürülməsi planı olsa da, tezliklə icra edilməsi nəzərdə tutulmurmuş. Qaynağımız onun Türkiyədə özünü rahat hiss edib sayıqlığını itirməsi haqda söylənilənlərin doğru olmadığını bildiribOnun sözlərinə görə, Rövşən Lənkəranski qətlindən əvvəl “Mersedes – S class” markalı zirehli maşın sifariş edib.

Həmin maşın ona avqustun 19-da çatdırılmalı imiş. Avqustun 18-də öldürülməsinin bu məlumatın onun opponentlərinə çatdırılmasını düşünmək üçün əsaslar yaradır. Belə məlumat var ki, Rövşən Lənkəranskinin zirehli maşın alacağı haqda məlumatı əks cinaha – onun düşmənlərinə Tahir adlı sürücüsü ötürüb.  Rövşən Lənkəranskini zirehli maşında öldürmək ehtimalının azlığı onun düşmənlərini təcili hərəkətə keçirib.

rovsenÖlkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. İddiaya görə, sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antalyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı saxlanılan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən daha bir Azərbaycan əsilli şübhəlini də göz altına aldığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antalyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislər həmin avtomobili müsadirə edib. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.

Digər tərəfdən, istintaqı dərinləşdirən polis Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Baxçaşəhərdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov (“Qoca” ləqəbli) öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına “Rövşən” adını pıçıldadığını deyib. İddialara görə, Rövşən yeraltı hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirilib.

Rövşənin qətli üçün Həmidovun öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub. Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanın Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir(musavat.com).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam