Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Hakimiyyət daxilində torpaq davası

kerem hesenovBəzi icra başçıları Kərəm Həsənovun təqdim etdiyi məlumatların qurbanı ola bilər

Xeberinfo.com:   Ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında bəzi məmurların torpaqları zəbt etməsi barədə fikirlərindən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilginc məlumat yaydı. Həmin məlumatda bildirilirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apardığı nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb.

Report-un xəbərinə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir. Məlumata görə, ölkə üzrə mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur. Bundan başqa, 2,6 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min ha torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Eyni zamanda icra hakimiyyətləri və bələdiyyələr 1204 ha torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Məlumatda qeyd olunurdu ki, yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min ha torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın ha qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min ha torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

“Azadlıq”a daxil olan məlumata görə, məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Məlumatda deyilir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ölkə başçısı Ilham Əliyevə dosye təqdim edib. Həmin dosyedə xeyli icra başçısının və iri çaplı məmurun adı var. Bildililir ki, araşdırmalar zamanı Kərəm Həsənovun təqdim etdiyi dosyedə əks olunan faktlar təsdiqini taparsa, xeyli icra başçısı tutduğu vəzifədən azad edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam