Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Eldar Mahmudovun “vurulmasının” 9 ayı

Eldar Mahmudovun “vurulmasının” 9 ayı

 

O, böyük siyasətə xaricdən yön verənlərə arxalanaraq oyuna girdi və... 

 

Xeberinfo.com:   İyulun 17-də Eldar Mahmudovun tutduğu vəzifədən çıxarılmasının 9 ayı tamamlanacaq. Ötən müddət ərzində E.Mahmudovun rəhbərlik etdiyi qurum ikiyə bölünməklə ləğv olunub, sabiq nazirin komandasına daxil olan yüksək rütbəli şəxslərin bir çoxu həbsdədir.
 
Keçən aylar ərzində Eldar Mahmudovun dəfələrlə həbs xəbərləri yayılsa da, bu baş verməyib. Eldar Mahmudovun özünün istintaqa cəlb edilməsi baş tutmur. “Niyə”si haqda indiyədək mətbuatda müxtəlif səpkili yazılar dərc olunub. Bir çox yazılarda Mahmudovun əlindəki kompromatlar üzərindən azadlıqda qala bildiyi vurğulanır.

Hazırda sabiq nazirin komandasının əsasən sahibkarlara qarşı qanunsuzluqları araşdırılır. Qanunla sabiq nazirin  həbsi üçün kifayət qədər əsaslar var. İşdən çıxarıldığı gün Eldar Mahmudovu elə səhlənkarlığa görə həbs etmək olardı. Belə görünür ki, Eldar Mahmudovun ölkə daxilində olduğu kimi xaricdə də adamlarının olması şübhəsizdir. 
 
Bir qədər əvvəl sabiq nazirin qudası, hazırda həbsdə olan Cahangir Hacıyevlə Maliyyə Nazirliyi arasında toqquşmanın pik həddində maliyyə naziri Samir Şərifovun barəsində “üçqat agent” iddiası ortaya çıxdı. Heç vaxt Azərbaycan haqda danışmayan bir keçmiş kəşfiyyatçı ölkənin siyasi hakimiyyətini silkələdi. Azərbaycanın təhlükəsizlik orqanına 11 il 3 ay rəhbərlik etmiş, buna qədər OBXSS kimi korrupsiya yuvası hesab edilən quruma rəhbərlik etmiş Eldar Mahmudovun əlində audio, video, foto sübutların olmaması təəccüblü olardı. Bununla belə Eldar Mahmudovun məhz əlindəki sənəd-sübutlara görə, şantaj materiallarının üzərindən azadlıqda qalmasını da birmənalı şəkildə söyləmək olmaz. 
Mahmudov postunu itirəndən sonra sabiq səfir Arif Məmmədov maraqlı bir məqamı qabartmışdı. Sabiq səfirin fikirlərindən aydın olmuşdu ki, Eldar Mahmudovun qovulması onun beynəlxalq güclərlə iş birliyinə getməsinə görədir. A.Məmmədov demişdi ki, “Eldar Mahmudovun özünə klan yaradıb və Prezident Administrasiyasına qarşı çıxıb”. 
Yəni Eldar Mahmudovun sabiq nazirə çevrilməsi böyük siyasətə ayaq açması, böyük siyasətdə olanlara badalaq vurmasının nəticəsidir. Bu gün Eldar Mahmudovun yaxasının istintaqçıların əlində olmamasını şərtləndirən amillərdən biri də bu ola bilər. O, böyük siyasətə xaricdən yön verənlərə arxalanaraq oyuna girdi və “vuruldu”. 
 
Bu gün onun həbs təhlükəsindən axralandıqlarının sayəsində yayına bildiyi barədə iddialar da 9 ayın sirləri sırasındadır.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam