Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

 

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı  keçirir.

Xeberinfo.com:   TQDK-dan verilən məlumata, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849 nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 6291, Naxçıvanda 654, Gəncədə 1595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454, Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680, Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam