Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ANAMA: iki ədəd top mərmisi aşkar edilib

 

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Xeberinfo.com:  ANAMA-dan verilən məlumata görə, hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmiş, gün ərzində 30 000 kv. m ərazi yoxlanılmışdır.

Qaynaq kəndi - 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçrilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilmişdir. Gün ərzində 1 250 kv. m ərazi yoxlanılmışdır.

Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçrilmiş və gün ərzində 5 000 kv. m ərazi yoxlanılmışdır. Baxış zamanı PHS aşkar olunmamışdır. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmi: Gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilmiş, 36 250 kv. m ərazi yoxlanılmış, 2 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi -2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 470 kv.m ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmamışdır.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 470 kv. m ərazi təmizlənmışdir.

9 May tarixində 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd 122 mm-lik top mərmisi aşkar edilmiş, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış. Gün ərzində 36720 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel - 9 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam