Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?

«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?

Ləğv olunmuş DSMF sədri Elman Mehdiyevin MTN-in əməkdaşı olduğu iddia edilir, onun hər ay «kəşfiyyatçılara» 100 min manat haqq verdiyi deyilir 

Xeberinfo.com:   Ötən günlərdə xəbər vermişdik ki, ləğv olunmuş DSMF-nin sədri ilə bağlı maraqlı iddialar gündəmə gəlib. Bu barədə Sabir Məmmədov adlı şəxs bildirmişdi ki, Elman Mehdiyevlə Səlim Müslümov arasında yaranmış münaqişəli vəziyyətə səbəb tərəflər arasındakı anlaşmanın pozulmasıdır. Bundan əlavə, ortada digər məqamların da olduğu vurğulanmışdı. 
«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?
Sabir Məmmədov dünən Elman Mehdiyevlə bağlı yeni məlumatlar göndərib. Bu məlumatlarda da DSMF sədrinə qarşı bir sıra ağır ittihamlar irəli sürülüb. 
«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?
Qeyd edilir ki, Elman Mehdiyev hələ universitetdə oxuyarkən MTN-lə əməkdaşlığa cəlb olunub. Sabir Məmmədov iddia edir ki, MTN 1996-cı ildə onu öz adamı kimi, Maliyyə Nazirliyinə yerləşdirir. «Məqsəd maliyyə vəsaitlərinin hara xərclənməsi barədə məlumat əldə etmək olur. Əslində, o, işə zabit kimi götürüləcəkmiş. Lakin 1993-cü ildə hərbi xidmətdən yayınması səbəbindən rütbə ala bilmədiyi üçün elə kənardan əməkdaş kimi fəaliyyət göstərməli olur. Hətta onun MTN-də kod adının «Kor-71» olduğu deyilir». 
«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?
Mənbə bildirir ki, Elman Mehdiyev 2003-cü ildə Maliyyə Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı ASC arasındakı maliyyə maxinasiyaları barədə MTN-ə maraqlı məlumatlar ötürür. «Əvəz Ələkbərov üçün bu məsələ əsl başağrısına çevrilir. Ələkbərov da məsələnin əslini araşdıraraq, MTN-dəki polkovnik rütbəli yaxın qohumu vasitəsi ilə məlumatın kimdən sızdığını öyrənir. Məsələdən hali olan kimi, dərhal başqa bir bəhanə ilə Mehdiyevi Əmək Məcəlləsinin 70-ci maddəsinin «C» bəndiylə işdən azad edir». 
«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?
 Sabir Məmmədov qeyd edir ki, bu olaydan sonra Elman Mehdiyev Səlim Müslümov tərəfindən DSMF-yə işə götürülür. Lakin «görünməz əl» onu vəzifə pillələriylə sürətlə irəli aparır. 2013-cü ildə onun sədrliyi belə baş tutur. «Bundan sonra DSMF tam olaraq MTN-in nəzarətinə keçir. Həmin dövrdə Elman Mehdiyevin verdiyi məlumata əsasən, MTN tərəfindən bəzi maliyyə sənədləri ələ keçirilir. Nəticədə, DSMF rəhbərliyindən 1 milyon dollar tələb olunur. Səlim Müslümovun işə qarışmasından sonra məbləğ 500 min dollara endirilir. Bu pullar da DSMF-nin yerli şöbələrindən toplanılır». 
«KOR-71» kod adlı məmur Eldar Mahmudova hansı məlumatları ötürüb?
Mənbənin dediyinə görə, MTN bundan sonra DSMF-yə haqq qoyur və ayda 100 min manat verməyi tələb edir. «Elman Mehdiyevin belə bir addım atmasının başlıca səbəbi bağlı olduğu nazirliyin tapşırığını yerinə yetirmək və Səlim Müslümovu pulsuz qoymaq olur. Belə ki, DSMF üzrə yığılan bütün pullar Səlim Müslümova çatırmış. Hər ay paketlərin verilməsinə isə Mehdiyev 100 min manat pul alırmış. Son dövrlər Elman Mehdiyev Səlim Müslümova tabeçilik göstərməyərək, yığılan pulları özünə götürürmüş. Narazılığı da bu yaratmağa başlayıb»

Sabir Məmmədov sonda onu da yazıb ki, bütün bu işlərdə ona Elşən və Rövşən adlı işçiləri yardım edirmişlər. «Həmin şəxslərin də MTN-lə əməkdaşlığı olub».( Politika.Az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam