Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsil şöbəsinin müdirinə “yox” deyilib: ÖZƏL

 

Laçın rayon icra hakimiyyətinin başçısı postu uğrunda mübarizə çevrəsi daralır

 

Xeberinfo.com: Bir aya yaxındır ki, boş qalan Laçın rayon icra hakimiyyətinin başçısı postu uğrunda çarpışan daha bir şəxsə “yox” deyilib. Söhbət Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyevdən gedir. Şöbə müdirinin aldığı cavab nə qədər gözlənilməz olsa da, faktdır...

Bu haqda xeberinfo.com-a siyasi hakimiyyətdə təmsil olunan şəxs məlumat verib. Məlumata görə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun vasitəçiliyi ilə Laçın rayon icra hakimiyyətinin başçısı olmaq istəyən təhsil şöbəsinin müdirinə son anda “yox” deyilib: “ Laçın rayon icra hakimiyyətinin başçısı postu uğrunda 4-5 şəxs çalışır. Onlardan biri və ən şanslı sayılanı da təhsil şöbəsinin müdiri Malik Vəliyev idi. Hətta çoxları bayramdan sonra onunla bağlı sərəncamı gözləyirdi. Onun təqdimatını verən Zakir Fərəcov yuxarı dairələrdə böyük nüfuz sahibidir. Ən başlıcası da bu səbəbdən Malik Vəliyevin şansı yüksək idi. Amma, sonda onunla bağlı qərar dəyişib. Səbəb də onun bu vaxta qədər rəhbərlik etdiyi Laçın rayon təhsili ilə bağlıdır. Araşdırmalar zamanı Laçın rayon təhsili ilə bağlı şok faktlar üzə çıxıb. Məlum olub ki, bu rayonda təhsil yox, sadəcə təhsiləbənzər bir nəsnə var. Bu faktlar qarşısında aciz qalan Malik Vəliyev bütün bunların səbəbkarı kimi əvvəlki icra başçısı Akif Səlimovu göstərsə də alınmayıb. Xüsusi ilə də indiki halda belə bir vəzifə sahibinə bir rayonu etibar etmək olmazdı”.

Xatırladaq ki, Malik Vəliyevin bu günə qədərki, rəhbərliyi dövründə mediada da Laçın rayonunda təhsilin acınacaqlı durumu ilə bağlı silsilə yazılar dərc olunub. Təhsil işçilərinin, rayon sakinlərinin şikayətləri əsasında dərc olunan bu yazılarda konkret faktlar sadalanıb. Elə bir müddət əvvəl Təhsil Nazirliyi də ən çox şikayət olunan rayonlar sırasında Laçın rayonunu da göstərmişdir.

 

Azad    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam