Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

240 məhkum Azərbaycana gətirilib

2A255999-C77D-419B-A7A8-10271379B626_w640_r1_s

 

«Beynəlxalq hüquq çərçivəsində məhkumların öz ölkəsinə verilməsi prosesi genişlənib. Bununla bağlı nazirliyə 17 min sorğu gəlib».

Xeberinfo.com:  Bu açıqlamanı Ədliyyə nazirliyi yayıb.
Ədliyyə Nazirliyi bildirir ki, bu sahədə Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə müqavilələr bağlanıb. Üstəlik, Azərbaycan Avropa və MDB-nin uyğun konvensiyalarının iştirakçısıdır. Bu sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsi və onların hüquqlarının qorunması baxımından əhəmiyyət kəsb edir.
«Son 5 il ərzində Ədliyyə Nazirliyi 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 azərbaycanlının isə ölkəyə gətirilməsinə nail olub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına xidmət edir»,-deyə nazirliyin açıqlamasında qeyd edilir.
Bu il dövlət başçısı İlham Əliyevin İrana rəsmi səfərinin də bu ölkə ilə Azərbaycanın hüquqi sahədə əməkdaşlığına əlavə təkan verdiyi bildirilir. Novruz bayramı ərəfəsində İranda cəza çəkən 6 azərbaycanlı Azərbaycana, 26 İran vətəndaşı isə öz ölkəsinə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam