Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında -FOTOLAR

Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında - FOTO

2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

Yenixeber.org: Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış etmişdir. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirmişdir ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açmışdır.

Vurğulanmışdır ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, sonda plenar iclasın yekun sənədi imzalanmışdır.

1477791

1477790

1477789


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam