Yenixeber.org: Bu barədə İsrail prezidentinin ofisi məlumat yayıb.
Tramp məktubda Hertsoqdan korrupsiyada ittiham olunan İsrailin Baş naziri Benyamin Netanyahunu bağışlamağı nəzərdən keçirməyi xahiş edib.
“Mən İsrailin ədliyyə sisteminin müstəqilliyinə qəti şəkildə hörmət bəsləyirəm. Eyni zamanda düşünürəm ki, İsrailin sərt düşməni İrana qarşı da daxil olmaqla mənimlə birlikdə uzun müddət mübarizə aparmış Bibiyə qarşı (Netanyahu) qaldırılan bu məsələ siyasi, bəraət qazandırılması mümkün olmayan bir mühakimədir”, - Tramp məktubunda bildirib.
Qeyd edək ki, Benyamin Netanyahu korrupsiyada günahlandırılır.
İndiyə qədər onu bir neçə dəfə məhkəmədə dinlənilmə prosesi keçirilib.









AZ
RU
