Bu ölkədə səfərbərlik elan edilib -SƏBƏB
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Karib dənizi regionunda artan hərbi fəaliyyətini əsas gətirərək ölkədə 200 min əsgərin səfərbər edildiyini bildirib.
Yenixeber.org: Bu barədə “Haber7” məlumat yayıb.
“Karib dənizi ərazisində sülh ABŞ Dövlət Departamentinin uydurduğu yalanla təhdid edilir. Bu yalan ABŞ-dakı ciddi daxili problemlərdən diqqəti yayındırmağa hesablanıb. Onlar Venesuelaya qarşı yalanlarını, uyğunsuzluqlarını və kinli hücumlarını davam etdirəcəklər. Bizim tərəfimizdən isə daha çox iş, birlik, vətənpərvərlik olacaqdır”, - deyə Lopez qeyd edib.
Ölkə miqyasında başladılan səfərbərlik iki gün davam edəcək. Bundan sonra vəziyyətə əsasən yeni qiymətləndirmə aparılacaq.









AZ
RU
